Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub
25.06.11 00:24

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. “KƏLAMİNFO” xəbər verir ki, telefon söhbətində ABŞ Prezidenti Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçiriləcək görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində münaqişə tərəfləri üçün həlledici addımın atılmasının önəmli olduğunu bildirib, münaqişənin Helsinki prinsipləri - güc işlətməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd edib. Söhbət zamanı ikitərəfli münasibətlər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-3945.html