Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bir sıra Avropa ölkələri QHT maliyyələşdirilməsinin Azərbaycan modelindən yararlanmaq niyyətindədir
24.06.11 20:24

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa İttifaqı və ECNL təşkilatının “QHT–hökumət əməkdaşlığının effektiv modeli” mövzusunda keçirdiyi regional konfransda iştirak edir. Tədbir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Şuradan veriblər. Konfransda “Azərbaycanda QHT-hökumət əməkdaşlığı” mövzusunda təqdimatla çıxış edən A.Quliyev Azərbaycanda QHT sektorunun inkişaf dinamikası, QHT-hökumət münasibətlərinin yeni mərhələsi, QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri, QHT qanunvericiliyi, QHT-lərin dövlət proqramlarında iştirakı, QHT-lərin maliyyələşdirilməsi mexanizmləri və qaydaları, layihələrin qiymətləndirmə prosedurları haqqında geniş məlumat verib. Təqdimatdan sonra Şura sədri konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Dövlət büdcəsindən QHT-lərin maliyyələşdirilməsinin Azərbaycan modeli konfrans iştirakçılarının böyük marağına səbəb olub və Avropanın ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilib. Qeyd edilib ki, QHT maliyyələşdirilməsinin Azərbaycan modeli bir sıra Avropa ölkələri ilə müqayisədə daha effektiv və üstün xüsusiyyətlərə malikdir. Şuranın müsabiqə qaydaları, seçim meyarları, layihə qiymətləndirməsinin mərhələləri, layihələrin və ekspertlərin kodlaşdırılması, apelyasiya komissiyasının fəaliyyəti Avropanın analoji qurumlarının təmsilçiləri tərəfindən əsl örnək kimi qəbul edilib. Tədbirdə Monteneqro, Ukrayna, Gürcüstan və Bolqarıstan təmsilçiləri Şura sədri A.Quliyevə müraciət edərək, Azərbaycan təcrübəsinin yaxından öyrənilməsi və gələcək əməkdaşlıq əlaqələrinin yaradılması üçün ölkəmizə səfər etmək istədiklərini bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-3943.html