Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Fransanın keçmiş dövlət katibinə rəsmən ittiham irəli sürülüb
23.06.11 19:56

Fransa hökumətinin dövlət xidməti üzrə keçmiş dövlət katibi Jorj Trona qarşı rəsmən ittiham irəli sürülüb. O, iki qadını zorlamaqda günahkar bilinib. «KƏLAMİNFO» «Franc-Press» agentliyinə istinadən xəbər verir ki, məhkəmə iddiası ona qarşı 2011-ci ilin mayında irəli sürülüb. 1995-ci ildə Paris yaxınlığındakı Drevey şəhərində mer vəzifəsində çalışan zaman Tron massaj etmək adı altında əməkdaşları otağına çağırır və bu zaman onlara qarşı zorakılıqlara yol verirmiş. Qadınların bu hadisənin üstündən uzun müddət keçdikdən sonra indi səslərini çıxarmasına səbəb isə BVF-nin rəhbəri Dominik Stros-Kanın həbsi olub. Onlar həmin gurultulu həbsdən sonra Tronun da ədalət məhkəməsi qarşısında durmasını istədiklərini bildiriblər. Qeyd edək ki, Tron ittihamlarla bağlı 2010-cu ildən çalışdığı dövlət katibi vəzifəsindən istefa verib. Ötən gün məhkəmə onu girov qoymaq müqabilində azadlığa buraxıb. Eks-nazir ona qarşı irəli sürülən ittihamları rədd edir.
URL / WWW
http://kelam.az/article/a-3940.html