Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Dövlət ailə, qadın və uşaq siyasəti” mövzusunda qısamüddətli ixtisasartırma kursları başlayıb
07.12.09 22:45

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və DİA-nın birgə təşkilatçılığı ilə “Dövlət ailə, qadın və uşaq siyasəti” mövzusunda qısamüddətli ixtisasartırma kursları başlayıb. KƏLAMİNFO xəbər verir ki, açılış mərasimində çıxış edən DİA-nın rektoru, professor Seyfəddin Qəndilov bildirib ki, ailə, qadın və uşaq problemlərinin həlli Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır.Kursların proqramı haqqında məlumat verən S.Qəndilov qeyd edib ki, əsas məqsəd ailə, qadın və uşaq problemlərinin həllinə dövlət qayğısının gücləndirilməsi, mövzuya vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və demoqrafik perspektivlərin müəyyənləşdirilməsi məsələlərinin açıqlanması, bu sahədə dövlət siyasətinin formalaşması və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə yeni məlumatların verilməsidir. AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycanda ailə, qadın və uşaq məsələlərinin inkişaf perspektivləri barədə danışıb. Komitə sədri bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, uşaq və yeniyetmələrin fiziki və mənəvi cəhətdən güclü nəsil kimi böyüməsinə, milli genofondumuzun möhkəmlənməsinə xidmət edir.
URL / WWW
http://kelam.az/article/a-394.html