Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Barak Obama: “Amerika indi öz problemlərinə diqqət yetirməlidir”
24.06.11 02:56

ABŞ prezidenti Barak Obama Amerika qüvvələrinin birinci hissəsinin Əfqanıstandan çıxarılması barədə açıqlama verib. İlin sonunadək 10000-ə qədər əsgərin Əfqanıstanı tərk edəcəyi planlaşdırılır. O, xalqa müraciətində Əfqanıstanın siyasi nizamlama məsələlərində bütün qüvvələrin, o cümlədən «Taliban»ın iştirak edə biləcəyini söyləyib. ABŞ prezidenti deyib ki, Əfqanıstana hücum 2001-ci ildə «Əl-Qaidə»nin Amerikaya qarşı hücumları ilə başlayıb: «Taliblərin Əfqanıstanın əksər hissəsini ələ keçirməsi bizi müharibəyə vadar edib. Amerikanın Əfqanıstandakı missiyası sonsuz deyil. «Əl-Qaidə» hələ də təhlükədir. Əlbəttə, böyük problemlər hələ də qalmaqdadır. Gələn ilin may ayında biz Əfqanıstanla bağlı strategiyamızı müəyyən edəcəyik. Biz Pakistandakı vəziyyətdən də narahatıq. Biz Pakistan rəsmiləri ilə birgə işləməklə ekstremizmin kökünü kəsməliyik. Son on il Amerika üçün çətin olub. Biz praqmatik olmalı, hədələri əvvəlcədən müəyyən etməliyik. Amerika yalnız qüdrət demək deyil, biz demokratiyanı müdafiə etməklə yanaşı, azadlıq uğrunda mübarizə aparanlara dəstək verməliyik. Hər şeydən öncə Amerika indi öz problemlərinə diqqət yetirməlidir. Mən bütün amerikalılar adından danışaraq demək istəyirəm ki, indi özümüzün prioritetlərinə diqqət verməliyik. Amerika elə bir ölkədir ki, qarşısına qoyduğu bütün məqsədlərə nail olur».
URL / WWW
http://kelam.az/article/a-3939.html