Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Müəllimlərin birdən, yoxsa mərhələ-mərhələ təqaüdə göndəriləcəyi dəqiqləşməyib
23.06.11 19:56

Azərbaycanın təhsil müəssisələrində 65 yaşı tamam olan müəllimlərin hansı qaydada təqaüdə göndəriləcəyi hələlik dəqiqləşməyib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov söyləyib. Hazırda Azərbaycanın təhsil sistemində 65 yaşı tamam olan 17 000 işçinin fəaliyyət göstərdiyini diqqətə çatdıran F.Qədirov qeyd edib ki, bu, ümumi müəllimlərin 10 faizini təşkil edir: “Bu o qədər böyük rəqəm deyil. Hesab etsək ki, ölkədə müəllim sıxlığı var, yaşla əlaqədar atılacaq addım məktəblərdə ciddi kadr çatışmazlığına gətirib çıxarmayacaq. Bir qədər ciddi vəziyyət ucqar kənd məktəblərində yarana bilər. Hansı ki, orada hər fənn üzrə bir müəllim çalışır. Amma bu problem də həll ediləndir. Qərar nə zaman təsdiqlənib həyata keçiriləcəksə, o zaman Təhsil Nazirliyi yeni müəllim qəbulu həyata keçirə biləcək. Biz həmin bölgələrə müəllimlər tapıb göndərə biləcəyik”. Yaşı 65-i ötən təhsil işçilərinin əksəriyyətini sıravi müəllimlər təşkil etdiyini xatırladan F.Qədirov qeyd edib ki, məktəb direktorlarının içərisində də yaşı 65-i keçənlər var. Onun sözlərinə görə, onların ümumi sayı 10 faizdən artıq deyil: “Hazırda bütün müəllimlər məzuniyyətədir. Onlar məzuniyyətdən işlərinə qayıdacaqlar. Nə vaxt hökumət tapşırıq versə ki, bu işə başlanılsın, o zaman proses başlayacaq. İndidən demək olmaz ki, 65 yaşı tamam olmuş müəllimlər birdən, yoxsa mərhələ-mərhələ təqaüdə göndəriləcək. Bu, hökumətin qərarından asılı olacaq”.
URL / WWW
http://kelam.az/article/a-3938.html