Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Füzuli Ələkbərov: 2015-ci ilə kimi ölkədə yoxsulluğun tamamilə aradan qaldırılacağı gözlənilir
24.06.11 02:55

“Bu gün ölkəmizdə uğurla həyata keçirilən modern sosial siyasətin malik olduğu konkret parametrlərdən biri yoxsulluğun azaldılmasıdır. Qeyd edilən istiqamətdə Prezident İlham Əliyevin 2008-ci il sentyabrın 15-də təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" uğurla icra edilir’. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. Nazirin sözlərinə görə, bunun nəticəsidir ki, 2010-cu ilin yekunlarına əsasən, ölkəmizdə yoxsulluq səviyyəsi 9 faiz təşkil edib və 2015-ci ilə kimi ölkədə yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir. F.Ələkbərov bildirib ki, 2003-2010-cu illər ərzində ölkəmizə 900 mindən çox iş yerinin açılması yoxsulluğun ləğvinə uğurlu töhfə verib, digər tərəfdən, əmək haqqı sisteminin mütəmadi təkmilləşdirilməsi, vətəndaşların məşğulluq imkanlarının artırılması və onların potensial imkan və qabiliyyətləri sayəsində gəlirlərini artırmasına münbit şəraitin yaradılması və s. amillər bu uğurun əldə edilməsində mühüm rol oynayıb.
URL / WWW
http://kelam.az/article/a-3937.html