Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət qulluqçularının 300 nəfərinin yaşı 65 və ondan yuxarıdır
23.06.11 19:52

Hazırda Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ölkədə dövlət qulluqçularının reyestrini aparır. Sözügedən reyestrə 12000 dövlət qulluqçusu haqqında məlumat daxildir. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov verib. Komissiya sədri deyib ki, reyestrə daxil edilən dövlət qulluqçularının 300 nəfərinin yaşı 65 və ondan yuxarıdır. B.Xəlilov deyib ki, 65 yaşa çatan işçilər barəsində iki qərardan biri qəbul ediləcək. "Onlar ya təqaüdə göndəriləcək, ya da çalışdıqları dövlət orqanının rəhbərinin razılığı ilə onlarla 1 il müddətinə əmək müqaviləsi bağlanacaq. Bu hal 5 dəfə təkrar oluna bilər",- deyə komissiya sədri bildirib. B.Xəlilov hazırda Azərbaycanda 30 min dövlət qulluqçusunun olduğunu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3936.html