Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Levon Ter-Petrosyan: “Azərbaycan bizdən 5 dəfə yüksəyə qalxıb”
23.06.11 19:52

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Rusiyanın «Moskovski komsomolets» qəzetinə verdiyi müsahibədə bir sıra maraqlı etiraflar edib. Müsahibəsini Dağlıq Qarabağ münaqişənin başlandığı dövrdə baş verən hadisələrlə başlayan eks-prezident bildirib ki, SSRİ-nin dağılmasından sonra yaradılan MDB Ermənistan üçün həyati əhəmiyyət kəsb edib. Onun sözlərinə görə, bu qurumsuz Ermənistan özünü rahat hiss edə bilməzdi: «Ermənistanın təhlükəli qonşuları var». Sonra isə Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının fəaliyyətinə toxunan Petrosyan bildirib ki, bu qurumun onun üçün heç bir əhəmiyyəti yoxdur. Onun qənaətincə, Ermənistan üçün təhlükəsizlik təminatı MDB-dir. «KƏLAMİNFO»nun məlumatına görə, erməni müxalifət hərəkatının lideri daha sonra bildirib ki, Ermənistan-Türkiyə münasibətləri normallaşmayana və sərhədlər açılmayana kimi Ermənistanın inkişaf perspektivi yoxdur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətə toxunan Levon-Ter Petrosyan vurğulayıb ki, Qərb bu problemin həllinə elə də ciddi səy göstərmir: «Hər halda məndə belə bir təəssürat yaranıb. Amerikanın digər böyük problemləri var. Buna görə münaqişənin həllində şans Rusiyanın əlinə keçir. Rusiyanın isə şansı var». Erməni Milli Konqresinin lideri bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllində perspektiv gördüyünü bəyan edib. Daha sonra eks-prezident bildirib ki, münaqişə başlananda Ermənistan əhalisinin sayı 4 mln. idi. İndi isə bu rəqəm 2,5 mln-ə düşüb: «Bax, budur bizim itirdiyimiz. İndi bizim üçün çox çətindir. O zaman Azərbaycan və Ermənistan ÜDM-nin səviyyəsinə görə eyni səviyyədə idilər. 13 il sonra Azərbaycan bizdən ÜDM-nin həcminə görə 5 dəfə yüksəyə qalxıb».
URL / WWW
http://kelam.az/article/a-3933.html