Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Müəllimlərə dövlət qulluqçusu verilməsini özündə əks etdirən Konsepsiya layihəsi hökumətə təqdim edilib
23.06.11 19:51

Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi hazırlanaraq hökumətə təqdim edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov söyləyib. Konsepsiyada bir sıra yeniliklərin əks olunduğunu diqqətə çatdıran şöbə müdiri bildirib ki, bu layihədə əsasən müəllimlərə dövlət qulluğunun xüsusi növü şamil ediləcək. F.Qədirovun sözlərinə görə, xüsusi növə əsasən müəllimlərin təminatında, öhdəliklərində, sosial təminatında bir sıra yeniliklər gözlənilir. Dövlət qulluqçusu statusu, sosial təminat və digər yeniliklərin əvvəllər müəllim işləyən, yaxud təqaüddə olan müəllimlərə də şamil olunub-olunmayacağına gəlincə, F.Qədirov bildirib ki, hər hansı status müəllim kimi fəaliyyət göstərmiş, yaxud göstərən müəllimlərə şamil olunacaq. Onun sözlərinə görə, bu sahədə konkret olaraq hansı yenilikərin tətbiq olunacağı hökumətin son qərarından asılı olacaq. Xatırladaq ki, cari il aprelin 20-də Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Sərəncam imzalayıb.
URL / WWW
http://kelam.az/article/a-3930.html