Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
22.06.11 15:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Nazirliyin mətbuat xidmətindən “Kəlaminfo”ya verilən məlumata görə, iyun ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 141 m3/san azalaraq 459 m3/san təşkil edib. Monitorinqlərin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda mis birləşmələri 3, fenollar 4, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib. İyun ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayının Horadiz məntəqəsində fenollar 4, mis birləşmələri 2, I Şahsevəndə mis birləşmələri 4, fenollar 3, Bəhrəmtəpədə fenollar 3, mis birləşmələri isə 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,33-12,2 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
URL / WWW
http://kelam.az/article/a-3926.html