Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan xalçaları ABŞ-da təqdim olunur
21.06.11 21:01

Vaşinqtondakı Qarabağ Fondu “Azərbaycan xalçaları” aylığı çərçivəsində keçirilən silsilə tədbirləri davam etdirir. Bu barədə “KƏLAMİNFO”ya Qarabağ Fondundan məlumat verilib. ABŞ-ın Azərbaycan əsilli xalça ustası Davud Zahirpurun xalça salonunda Azərbaycan xalçalarının sərgisi keçirilib və sərgiyə 200-dən çox ziyarətçinin qatılıb. Tədbirdə Azərbaycanın dostu sayılan musiqşünas Jeffry Werbock qonaqlara Qarabağ xalçaçılıq məktəbi və bu qədim sənətin Azərbaycanda ənənəsi haqqında məlumat verib. Sərgidə 40-a yaxın xalça nümayiş olunub. Digər böyük tədbir ABŞ-ın Tekstil Muzeyinin hər il keçirdiyi Festival olub. ABŞ-ın 10 tanınmış muzeyinin iştirakı ilə keçən tədbirdə Qarabağ Fondu gözəl boyanmış Azərbaycan xalçalarını nümayiş etdirib və təşkilatın könüllüləri Azərbaycan mədəniyyətini ziyarətçilərə təqdim edib. Tədbirdə, həmçinin milli musiqi-muğam səslənib və musiqi çoxlu amerikalı ziyarətçinin marağına səbəb olub. Festivalda iştirak edən amerikalı ziyarətçinin sözlərinə görə, Azərbaycan xalçaları şərq xalçaları içərisində böyük nailiyyətlər əldə edib. Ziyarətçilərdən biri dünyada olan çoxlu Azərbaycan xalçaları şərq, fars və erməni xalçaları adı altında təqdim olunduğunu da qeyd edib. Fondun Direktoru Diana Altman bildirib ki, yaxın zamanlarda Qarabağ Fondu xalçaçılıq məktəbinin yaradılmasını nəzərdə yeni layihə hazırlayacaq. Bu layihədə Qarabağın işğal olunmamış rayonlarından birində gənc xanımlar üçün xalçaçılıq məktəbi və sexi yaradılacaq. Daha sonra ABŞ Tekstil Muzeyi və xalçaçılıq təşkilatları ilə birlikdə bu məktəbdə hazırlanmış Qarabağ xalçalarını ənənəvi olaraq geniş ictimaiyyətə təqdim edəcək. “Hazırda Fondun veb saytında Azərbaycan xalçaları haqqında http://www.karabakhfoundation.org/pages/news/blog/posts/azerbaijani-carpets/ ünvanlı bloq açılıb. Yaxın zamanlarda tanınmış amerikalı sənətşünasların bu bloqda Azərbaycan xalçaçılıq sənəti haqqında məqalələri çap olunacaq” - deyə Diana Altman söyləyib.
URL / WWW
http://kelam.az/article/a-3922.html