Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Allahşükür Paşazadə Mərakeş Krallığına rəsmi səfərə gedir
21.06.11 21:01

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Mərakeş Krallığına rəsmi səfərə yola düşəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya QMİ-nin mətbuat xidmətindən veriblər. Səfər Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Əbdülvahid ər-Radinin dəvəti əsasında həyata keçirilir. İki ölkə müsəlmanlarının müştərək mənafelərinə xidmət edən məsələlərin müzakirəsi və xalqlarımız arasında mövcud dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi məramına xidmət edən səfər zamanı A.Paşazadənin ölkə rəhbərliyi, Parlamentin hər iki palatasının sədrləri, Mərakeş Krallığı vəqflər və islam işləri naziri və digərləri ilə görüşləri nəzərdə tutulur. Səfər iyunun 24-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-3918.html