Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Allahşükür Paşazadə: “Daxildən və xaricdən bizə qarşı mübarizə aparanlar var”
22.06.11 00:06

Azərbaycanda müxtəlif dini qurumlar arasında normal münasibətlər yaranıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaranmasının 10 illiyinə həsr olunmuş dəyirmi masada çıxışında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. "Bu gün dindarlar Allaha və ölkənin qanunlarına arxalanırlar. Qanunların icrasını həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 10 illik fəaliyyəti müxtəlif dini qurumlar arasında xoş münasibətlərin qurulmasına səbəb olub" – deyə A.Paşazadə bildirib. Onun sözlərinə görə, Azərbaycanda din-dövlət münasibətlərinin möhkəmlənməsinin, inkişaf etməsinin təməlini ümummilli lider Heydər Əliyev qoyub.Şeyxülislam Dövlət Komitəsinin sədri Hidayət Orucovdan qardaşlıq və dostluq münasibəti gördüyünü qeyd edərək, buna görə ona təşəkkür edib: "İnanıram ki, Azərbaycan Allahın yardımı ilə növbəti qələbələri qazanacaq, ölkəyə qarşı təcavüzün qarşısını alacaq". A.Paşazadə QMİ-yə qarşı daxildə və xaricdə mübarizə aparıldığını da bildirib: “Daxildən və xaricdən bizə qarşı mübarizə aparanlar var. Müxtəlif şayiələr yayırlar. Bu mübarizə elə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı da aparılır. Bu, Peyğəmbərin dövründə də olub. Ancaq Peyğəmbər haqqın tərəfində olduğundan onların öhdəsindən gəlirdi. Bizim də indi arxamızda həm Allah, həm dövlət, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var” - deyə Şeyx vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3917.html