Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milan Kabrnox: “Avropa Komissiyası Azərbaycanı özünə yaxın tərəfdaş kimi qəbul edir”
21.06.11 21:01

Bu gün Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 11-ci iclası başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasın yekunlarına həsr mətbuat konfransında Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Milan Kabrnox bildirib ki, 2009-cu ildə 10-cu iclasdan keçən vaxt ərzində Azərbaycanda bir çox mühüm hadisələr baş verib. O qeyd edib ki, ikigünlük müzakirələr zamanı insan haqları müzakirə olub. “Eynulla Fətullayevin həbsdən azad olunmasından məmnunuq.Bundan başqa, iclasda Avropa İttifaqının bir müddət öncə yaydığı bəyanat müzakirə olunub” - deyə həmsədr vurğulayıb. M.Kabrnox bildirib ki, Dağlıq Qarabağ məsələsi müzakirə olunarkən Avropa İttifaqının bu münaqişənin həll olunmasında mövqeyi qeyd olunub. “Bildirilib ki, münaqişə ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həll olunmalıdır. Avropa Komissiyası Azərbaycanı özünə yaxın tərəfdaş kimi qəbul edir və Avropa İttifaqının prezidenti Barozunun son səfəri buna sübutdur” - deyə o, əlavə edib. Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin Azərbaycan tərəfdən həmsədri Valeh Ələsgərov mətbuat konfransında bildirib ki, ikigünlük görüş ərzində Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin həm iqtisadi, həm siyasi, həm sosial sahələrinə dair müzakirələr aparılıb. “Müzakirələr mütəşəkkil cinayətkarlıqla mübarizə, insan alveri, narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması mövzularını əhatə edib” - deyə V.Ələsgərov bildirib.
URL / WWW
http://kelam.az/article/a-3914.html