Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın Avropa İttifaqına üz qəbul olunması müzakirə mövzusu deyil
21.06.11 21:01

Azərbaycanın Avropa İttifaqına üz qəbul olunması hələ müzakirə mövzusu deyil. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Valeh Ələsgərov bildirib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll olunmadan Azərbaycanın Avropa İttifaqına qəbul olunma məsələsi qaldırıla bilməz. Qurumun qarşı tərəfdən olan həmsədri Milan Kabrnox isə bildirib ki, bununla bağlı Azərbaycanın fəaliyyəti, yaşadığı stüasiya yaxından izlənilir. Onun sözlərinə görə, buna gələcəkdə baxıla bilər. O, həmçinin bildirib ki, Dağlıq Qarbağ problemi tezliklə həll olunmalıdır, çünki bu problemin həlli bütün regionun inkişafı üçün şərtdir. Eyni zamanda o qeyd edib ki, münaqişə Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığını genişləndirməyə sədd qoymur.
URL / WWW
http://kelam.az/article/a-3913.html