Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bayram Səfərov: “Bir daha ermənilərə çağırış edirəm ki, bu zülmdən özünüzü qurtarın”
22.06.11 01:01

Qarabağ azərbaycanlıları Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünə böyük ümid bəsləyir və ciddi nəticə gözləyir. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərov bildirib. O qeyd edib ki, Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər bizdə gedən inkişafı görür və bundan bəhrələnmək istəyirlər. “Biz öz torpaqlarımıza darıxdığımız qədər oradakı sadə ermənilər də bizim ora qayıtmağımız üçün çox darıxırlar. Dağlıq Qarabağda 1992-ci ilə qədər yaşamış ermənilər və onların övladları Azərbaycan vətəndaşlarıdır. Dövlət onları vətəndaşlıq qeydiyyatından çıxarmayıb və istəsələr, Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi ala bilərlər” - deyə B.Səfərov vurğulayıb.İcma sədri deyir ki, həmin ermənilərə verilən digər şəxsiyyət vəsiqələri saxtadır. “Qarabağda yaşayanlar yalnız vətəndaşı kimi Azərbaycan pasportunu daşıya bilərlər. Mən bir daha ermənilərə çağırış edirəm ki, bu zülmdən özünüzü qurtarın. Gələcəyinizə və övladlarınıza yazığınız gəlsin” - deyə o bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-3912.html