Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan nümayəndə heyəti Koreyada səfərdə olub
21.06.11 21:01

Prezident Administrasiyasının nümayəndəsi Tağı Tağıyev və respublikanın Ağcabədi, Bərdə, Tərtər, Culfa rayonları, eləcə də Bakının Xəzər, Nəsimi, Binəqədi, Yasamal rayonlarının icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyəti Koreyada səfərdə olub. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Koreyanın Çunqçeonq əyalətində yerləşən Asan və Boryeonq şəhərləri, eləcə də paytaxt Seulun ətrafında yerləşən Seonqnam, Suvon, Kvaçeon, Anyanq şəhərlərinin rəhbərləri ilə görüşlər keçirərək iki ölkənin yerli icra hakimiyyətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar. Görüşlər zamanı xüsusilə, şəhərlərin salınması və abadlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi, şəhərdə ətraf mühitin qorunması, şəhər turizminin inkişaf etdirilməsi istiqamətləri üzrə Koreya şəhərlərinin qabaqcıl təcrübələri barədə təqdimatlar dinlənilmiş, müvafiq materiallar əldə edilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin, yuxarıda adları çəkilən şəhərlərdə yerləşən müxtəlif obyektlərə ekskursiyalar edib, həmin obyektlərdə tətbiq edilən yeni texnologiya və təcrübələrlə tanış olublar. Bunlardan, mədəniyyət, ekologiya və elm parkları, kanalizasiya sisteminə nəzarət mərkəzləri, nəqliyyat və asayişə nəzarət mərkəzi, şəhər zibil emalı mərkəzi, gənclər mərkəzi, yeni salınmış şəhərciklər, istirahət zonaları, turist məkanları, avtomobil və elektron məhsullar istehsal edən zavodları və əlaqədar şirkətləri qeyd etmək olar.
URL / WWW
http://kelam.az/article/a-3910.html