Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ramil Həsənov Astanaya səfər edəcək
21.06.11 21:01

İyunun 27-dən iyulun 1-ə qədər Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TürkPA-dan veriblər. Səfər çərçivəsində TürkPA Baş Katibinin İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirakı nəzərdə tutulub. 56 ölkənin xarici işlər nazirlərinin iştirak edəcəyi sessiyada R.Həsənovun TürkPA-nın fəaliyyəti, həmçinin TürkPA-nın İKT və İKT PA arasında əməkdaşlığı mövzusunda çıxışı planlaşdırılır. TürkPA baş katibinin eyni zamanda Qazaxıstan xarici işlər naziri Yerjan Kazıxanov və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü nəzərdə tutulur. Səfər proqramına R.Həsənovun TürkPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Ural Muxamedjanovla görüşü daxil edilib. TürkPA-nın fəaliyyətdə olan sədri ilə göruşdə qurumun perspektiv planları, beynəlxalq təşkilatlarla əlaqələrin genişlənməsi və inkişafı, təşkilatın yeni qurulmuş komissiyalarının ilk toplantılarının keçirilməsi ilə bağlı müzakirələrin aparılacağı nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-3909.html