Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » KƏLAMNAMƏ
21.06.11 16:05

Sənə söz də yazdım, zaman da verdim,
Yamansan, yaxşını yaman bilərsən.
Ağa kəramətin, ağsaqqal sözün,
Sənə göstərəndə zaman, bilərsən.

Bir dəfə aç gözü işlət beynini,
Anla bu ağanın hər dediyini.
Mənim kimliyimi, öz kimliyini,
İndi bilmirsənsə, haçan bilərsən?

Mən ancaq yamana eylərəm yaman,
Əyri, xüdpəsəndə vermərəm aman,
"Kəlam"da bu xalqa eylərəm elan,
Səndən danışanda cahan, bilərsən.

Cəddim mənə güc də, qüdrət də verib,
Ağıl da, hünər də, hikmət də verib,
Nüfuz da, hörmət də, şöhrət də verib,
Nədən bu doğranu yalan bilərsən.

Vəzifə insançün müvəqqətidir,
Kişi vəzifəsi öz qeyrətidir.
Bu "Kəlamnamə"də sözüm qətidir,
Bir gün olar sənə əyan, bilərsən.



İstəmirəm sonda olasan xəcil,
Mənim mücadiləm qurtaran deyil,
Ağadan deməkdir indi özün bil,
Bəs nədən yəqini güman bilərsən.



Özün söz vermişdin Əziz Pünhana,
O da gözləməkdən gəlibdir cana,
Onu məcbur etmə həcvə, hədyana,
Sonra xeyrini də ziyan bilərsən.
URL / WWW
http://kelam.az/article/a-3905.html