Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » QƏZƏLLƏR
21.06.11 16:05

Gözlərin heyranıyam qoyma məni yana-yana,
Nazını az eləmə, qoy qara bəxtim oyana.
Niyə göstərdi mənə sən kimi nazlı sənəmi,
Hicridə qoydu dəxi, mən bu yana, sən o yana.
Nə bilir qiymətini, günəşə baxmaz yarasa,

Pürbəha dürrə verər qiyməti ol kəs ki, yana.

Səni gördüm payız ömrüm bahara göndü sənəm,

Ey gözəllər-gözəli Təbrizi adda o yana.

Gəl ki, Baki şəhəri nura boyansın təzədən,

Qovuşub leylisinə, eşq yuxusundan oyana.

O piyalə gözüvün sərrafıyam bir baxışa,

Yoxmu qəlbin sənin, eşq eylə ki, qəlbin oyana.

Sən Əziz Pünhanı çək sineyi-eşq ovlağma,

Gör necə vəsf eləyir, gah bu yana, gah o yana.

Matu məbhut qılıb gərdişi, dövran da məni,

İncidir dərdə salır, hər dəfə hər yanda məni.

Gahi nakəslərə möhtac eləyir, kamın alır,

Gahi də körpə kimi aldadı, damanda məni.

Bir ömür sərf elədim elm ilə təkmilə yetəm,

Kamil olduqca qoyur, icz ilə meydanda məni.

Elmu ürfandan uzaq kimsələri hakim edir,

Qəmu ənduh ilə yüklər sevinən anda məni.

Səbr kasəm də dolub, yox yeri tab eyləməyə,

Daşdırıb coşduracaqdır yenə daşqında məni.

Yenə səbr eylə deyir, səbrdu "miftahul-fərəc",

Sən Əziz Pünhanı yad eylə, unudanda məni.
* * *

Əgər bizim elə gəlməli olsan,

Məni qəzəllərin sözündə axtar.

Axtarıb birindən sormalı olsan,

Şır-şır bulaqlarm gözündə axtar.

İstisu, meşələr, bağlar içində,

 
Ətirli çiçəklər güllər içində,

Səninlə gəzdiyim ellər içində,

Elin ocağmda, közündə axtar.

Bənövşə gülüşüb çiçək açanda,

Şehli otlaqlara ətir saçanda,

Durnalar səf çəkib qanad açanda,

Ceyran oylağmda, düzündə axtar.

Demə unutmuşam sənli günləri,

Hər anı mənalı, şənli günləri,

Hərdən yad eyləsən, mənli günləri,

Gerçək xəyalların izində axtar.

Demə uzaqdayam sənsizləşmişəm,

Gözün bəbəyində mənsizləşmişəm,

Özümdə yer alıb, özəlləşmişəm,

Bu Əziz Pünhanı özündə axtar.
URL / WWW
http://kelam.az/article/a-3904.html