Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » İSLAMDA BİRLİK VƏ BƏRABƏRLİK
21.06.11 16:05

İslam dini daim insanların və cəmiyyətin tərəqqisinə xidmət edir. Bu xidmət qiyamət gününə qədər davam edəcək. Qurani-Kərimdə buyuralur: "Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən aynlmaym! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənannda ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydmlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasımz." (Ali-İmran surəsi, 103-cu ayə) Ayəi-şərifədəki "ip" müxtəlif mənalara yozulur. Alimlərin bir qismi onu Quran, bir qismi İslam, bəziləri də Peyğəmbər əhli-beyti-əimməiləri (əimməi-məsum, günahsız Peyğəmbər ailəsini) nəzərdə tuturlar.Çünki Həzrət Peyğəmbər (s) dünyadan köçəndə məşhur hədisində buyurmuşdur: "Mən sizi belə bir şəraitdə tərk edib gedirəm, iki ağır əmanət qoyuram: biri Allah-Təalanm Kitabı, biri də mənim (Əhli-beytimdir) ailə üzvlərimdir. Onlar heç zaman bir-birindən ayrılmaz, əgər onları ayırsalar belə, hövzu-kövsərin yanında yenə birləşəcəklər."
Doğradan da İslam, Quran və Əhli-beyt - bunlar bir-birilərini tamamlayır. Bəzi məxəzlərdə isə eyni hədisi Peyğəmbərin (s) dilindən Əhli-beytin yerinə "sünnə" sözünü buyurduğunu bildirirlər. Yəni sizin üçün "Quranı və sünnə"ni qoyub gedirəm. Heç şübhəsiz ki, sünnənin özündə də Əhli-beyt (Peyğəmbər xanədanı) mövcuddur. Lakin iki samit (damşmayan) əmanət özü-özlüyündə İslama necə faidə verə bilər? Buda o deməkdir ki, bu iki samit əmanəti insanlar üçün düzgün və kamil şəkildə açıqlaya bilən şəxsiyyətlərə ehtiyc vardır. Məhz həmin şəxsiyyətlərin Əhli-beyt olmaları Həzrət Peyqəmbər tərəfindən buyurulmuşdur.
Deməli birinci hədis daha etibarlıdır.
Peyğəmbəri sevdiyimiz kimi ona nazil olan Quranı, onun şəriətini və məsum övladlannı da sevməliyik. Ayədəki "nemət" sözü isə birləşməyə, böyük ittihada işarədir. Peyğəmbərdən qabaq ərəblər pərakəndə şəkildə yaşayır və hərə bir şeyi özü üçün Allah bilib ibadət edirdi. Aralarmda kəskin düşmənçilik var idi. Onlan təkallahlılıq bayrağı altında məhz İslam birləşdirdi. Dünənin düşmənləri bu günün dostlan oldular. Bəli, bu, İslamın gücü və onun möcüzəsi idi. Əsrlər boyu kin-küdurət içində yaşayan ərəblər müsəlman olandan sonra qəlblərində ülfət, mehribançılıq yarandı. Bu məsələdə bəzi tarixi şəxsiyyətlərin etiraflanna nəzər salaq.
İngilis alimi Diyun yazır: "Mühəmməd (s) - sadə bir ərəb, kiçik və pərakəndə, çılpaq (ayaqyalm) və ac olan məmləkətini az bir müddətdə dünya xalqları arasmda gözəl əxlaq və bəyənlimiş qanunları ilə tamtdırdı."
Cəvahirləl Nehru yazır: "...Ərəblərin taleyi necə də sürətlə işıqlandı! Onlar Asiya, Avropa və Afrika ölkələrində ali və yüksək mədəniyyət yaratdılar. Bəşər tarixində qönçə gül kimi təzə və güclü fikirlərlə ərəbləri ayıldaraq onlan qüdrətli edən məhz İslam idi..." (Təfsiri-nümunə, səhifə 30-31) Yenidən Qurani-Kərimə müraciət edək: "(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat) həqiqətən nicat tapmış şəxslərdir." (Ali-İmran surəsi, 104-cü ayə.)
Bu ayəi-şərifədə əmr bə-məraf (tanıdığm adamı düz yola çəkmək), nəhy əz-münkər (pislikdən
çəkindirmək) bəhsindən söhbət gedir. Bu da ictimaiyyət üçün hifzedici libas misalmdadır.
Yəni bir ailənin başçısı və ya hər bir dövlətin ağıllı və müdrik rəhbəri olduğu kimi, cəmiyyətin içərisində də öz məsləhətləri ilə xalqa doğra-düzgün yol göstərən ağsaqqallar, rahanilər olmalıdır. Onlar ən əvvəl özləri yaxşı iş görməli, bütün gözəl və xeyirxah təşəbbüslərin önündə getməlidirlər ki, xalq da nümunə götürsün.
Allah-Təala Həzrət Şüeyb Peyğəmbərə (s) vəhy edərək buyurdu: "Sənin qövmündən yüz min nəfər həlak edəcəyəm. Şüeyb Peyğəmbər (s) sual etdi: "Ey mənim Allahım, onlar günahkardırlarmı?" Cavab gəldi: "Onların qırx mini müqəssirdir." Şüeyb yenə soraşdu: "Bəs, altmış minini nə üçün həlak edəcəksən?"
Allah-Təala buyurdu: "Ona görə həlak edəcəyəm ki, onlar əmr bə-məruf, nəhy əz-munkər etmədilər. Onlar qırx min günahkarm törətdiyi cinayətləri, psilikləri görə-görə dinmədilər", "özləri bilərlər" deyib, səslərini çıxarmadılar. Cünahı görüb dinməyən adamlar o günahla şərikdirlər."
Bir alim evinə qayıdanda yolda bir uşağın qazın lələklərini dartıb çıxardığmı, bununla da ona işgəncə verdiyini görür. Lakin alim bu işə əhəmiyyət verməyib ötüb keçir. Cecə yuxuda mühakimə olunduğnu görür: "Uşağa niyə acıqlanıb demədin ki, heyvanı incitmə! Ola bilərdi ki, o uşaq sənin sözünə baxıb, qazı rahat buraxaydı." Alim yuxudan ayılandan sonra etiraf edir ki, bəli, bir alim kimi onun borcu uşağa öyüd-nəsihət vermək idi. Lakin o bunu etməmişdi.
Deməli, hər bir müsəlmanın borcudur ki, insanları yaxşı əməllərə dəvət edə, pis əməllərdən çəkindirə. Onda ölkə halallıq, düzgünlük şəraitində yaşayar və inkişaf edər.
Həzrət Peyğəmbərdən (s) nəql olunub: "Xalq arasmda bir günahkar ona bənzər ki, sanki bir dəstə adam gəmiyə oturab, onlardan biri isə gəminin bir tərəfini deşir. Ona deyəndə ki, niyə belə edirsən, cavab verir ki, özümə aid olan yeri deşirəm. Görəsən, ona mane olmasan, bir azdan gəminin başına nə müsibətlər gələcək aydın deyilmi? Şübhə yoxdur ki, bir azdan su gəmiyə dolacaq və gəmini batıracaq, insanlar da tələf olacaqlar."
Bu gün bir sıra gənclərimiz narkomaniya və ya digər iyrənc əməllərə qoşulmaqdadırlar. Belələri ilə mübarizə aparmaq hər bir müsəlman üçün vacibdir. Bu gün ana kimi şərəfli ad daşıyan gəlinlərimizin, ana-bacılanmızın bəziləri müxtəlif yollarla ayrı-ayn şəhərlərə uyuşduracu maddələr daşıyırlarsa, görəsən, bizim gəmimizin - cəmiyyətimizin aqibəti necə olacaq?
Həzrət Peyğəmbər (s) hədislərin birində buyurar: "Gərək əmr bə-məraf, nəhy əz-münkər edəsiniz. Əgər etməsəniz, Allah-Təala sizləri zalimlərə düçar edər ki, onlar da nə sizin qocalarınıza ehtiram edər, nə də uşaqlarınıza rəhm edərlər. O zaman sizin saleh və mömin adamlannız dua edərlər. Lakin duaları qəbul olunmaz, Allahdan kömək istəyərsiniz, sizə kömək etməyəcək, hətta tövbə edərsiniz, tövbənizi də qəbul etməz."
Əmr bə-məraf və nəhy əz-münkəri elə etmək lazımdır ki, inciklik və ya düşmənçilik gətirməsin. Çox mülayim və incə danışıq tərzi ilə bu iki mətləbi həyata keçirmək lazımdır. Burada İmam Museyi-Kazımdan (s) bir əhvalatı nəql etmək yerinə düşər: Mənsur Dəvanəği dövründə İmam Museyi-Kazım (ə) saraya dəvət olunur. Sarayın qarşısında şərab içməkdə məşhur olanı biri İmamın yolunu kəsib, ondan xahiş edir ki, Mənsurdan onun üçün müəyyən məbləğ pul alsın. Mənsur ilə söhbətini tamamlayandan sonra İmam şərabxoran xahişini ona çatdırır. Mənsur İmamın hörmətinə görə həmin şəxs üçün müəyyən məbləğ verir. İmam pulu ətəyinə töküb gətirir və içki düşgününə təqdim edir. Həmin adam xoşhal olub deyir: "Ey Peyğəmbər balası! Mən sizin cəddiniz Peyğəmbərin və sizin dostunuzam, kənar adam deyiləm. Siz öz dostunuza kömək etdiniz". İmam çox aramla ona nəsihət edir: "Ey Şəqrani oğlu məni yaxşı dinlə! Yaxşı əməl yaxşıdır, hər adam etsə, amma sən etsən, çox-çox yaxşıdır. Pis əməl pisdir, hər adam etsə, amma sən etsən çox-çox pisdir. Çünki dediyin kimi, sən bizim dostumuzsan. Bizim dostumuz gərək bizim kimi ola, biz gedən yol ilə gedə."
Göründüyü kimi İmam sərxoşluğa qurşanmış o adamın xahişinə məhəl qoymaya da bilərdi. Lakin İmam öz gözəl rəftarı və davranışı ilə elə incə əmr bə-məruf, nəhy əz-münkər etdi ki, şərab düşgünü olan bir nəfəri həyata və ailəsinə qaytardı. Qəlbinə toxunmadan onu islah etdi. Budur, İslamın, Quranın bizə göstərdiyi yol...

İslamda gigiyena

Peyğəmbər (s) buyurar: "Cəbrail (ə) dişlərin yuyulmasmı mənə o qədər təkidlə tövsiyə edirdi ki, mənə elə gəldi ki, bu əməl dinin vacib olan hökmlərindəndir."
İmam Cəfər Sadiq (ə) buyurur: "Dişləri yumaq peyğəmbərlərin gözəl adət-ənənələrindəndir."
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər mənim ümmətimə çətin olmasaydı, namaz üçün dəstəmaz aldıqlan
zaman dişlərini yumağı onlara əmr edərdim." Başqa bir hədisdə buyurar: "Diş yuyulduqdan sonra qılınan namaz, yuyulmayan zaman qılınan yetmiş beş namazdan daha fəzilətlidir."
Həzrət Peyğəmbər (s) Mövla Əliyə (ə) etdiyi tövsiyələrin birində buyurur: "Namazdan əvvəl hər dəfə dəstəmaz aldığın zaman dişlərini yu."
Başqa bir yerdə buyurar: "Dişləri yumaq dəstəmazm bir hissəsi, dəstəmaz isə imanın bir hissəsi deməkdir."
"Quran qiraət etdiyiniz üçün vaxtaşm dişlərinizi yuyun."
"Ağzınızı təmiz saxlayın, çünki onunla Quran qiraət edirsiniz."
Başqa bir hədisdə səhabələrə xitab edərək buyurur: "Quranın yolunu təmiz saxlaym." Səhabələrdən biri:
"Quranın yolu hansıdır?" - deyə soruşduqda o Həzrət buyurar: "Ağzınız."
Daha sonra nə ilə təmizlənməsini soruşduqda, buyurdu: "Diş fırçaları ilə."
Başqa bir hədisdə buyurur: "Ağzınız Allah yollarmdan biridir. Allahın ən sevdiyi gözəl yollar ağzmızdır. Elə isə bacardığmız qədər ağız və dişlərinizi təmiz saxlaym."
Həzrət Peyğəmbər (s) səhabələrdən birinə müraciət edərək buyurar: "Nə üçün mənim yanıma gəldiyiniz zaman dişlərinizi qara görürəm?! Onlan yumaqla təmizliyinizə diqqət yetirin."
Həzrət Peyğəmbər (s) Mövla Əliyə (ə) xitab edərək buyurar: "Ey Əli! Dişləri yumağın insana on iki xeyri var:
Adət-ənənəyə riayət olunur.

Ağız təmiz olur.
 

Gözün görmə qabiliyyəti güclənir.

Allah o şəxsdən razı qalır.

Dişləri ağardır.

Pis qoxunu aradan qaldırır.

Damağı möhkəm edir.

Dişlərin ömrünü uzadır.

İştahanı gücləndirir.

Xeyirxahlığı çoxaldır.

Mələklər sevinər.

Həyat yoldaşının sevincinə səbəb olur."


Mövla Əli (ə) buyurur: "Dişləri yumaq Peyğəmbərin (s) adətlərindən biridir. Bu gözəl adətə riayət etməklə həm Allahın razılığma nail olmaq olar, həm də ağızın təmizliyinə." Başqa bir yerdə buyurar: "Dişləri yumaq gözün görmə qabiliyyətini artırar."
İmam Cəfər Sadiq (ə) buyurur: "Dişlərinizi yuyun, çünki bu, qəlbdəki vəsvəsənin aradan getməsinə səbəb olar."
İmam Rza (ə) buyurur: "Dişləri yumaq görmə qabiliyyətinin güclənməsinə, saç və tüklərin bərkiməsinə və gözün sulanmasının qarşısını almağa kömək edər."
Həzrət Peyğəmbər (s) diş yumağın başqa bir xüsusiyyəti haqqmda belə buyurar: "Dişləri yumaq fəsahəti (natiqilk qabiliyyəti) daha da artırar."
Saç və bığın qısaldılması, saqqal və başın daranması İslamın tövsiyə etdiyi gigiyena və ədəb qaydalarmdandır.
Peyğəmbər (s) buyurar: "Bığ və buran tüklərini qısaldıb vaxtaşırı saçlannızı darayın. Belə etməklə öz gözəlliyinizi qorayub saxlamış olarsmız."
İmam Cəfər Sadiq (ə) buyurar: "Buran tüklərini qısaltmaq sifətin görünüşünə xüsusi gözəllik və yaraşıq verir". Başqa bir yerdə isə buyurar: "Bığ tüklərinizi uzatmayın, çünki şeytan (mikroblar) oranı özünə sığmacaq edir."
İmam Cəfər Sadiq (ə) buyurur: "Bığlannı qısaltmayan kəs bizdən deyildir."
Həzrət Peyğəmbər (s) buyurur: "Bığlarınızı qısaldın, saqqalınızı dibdən qırxmayın və özünüzü başqa millətlərə oxşatmaym."
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim cümə günləri dırnaqlarmı tutarsa, Allah-Təala bütün ağn və xəstəlikləri ondan uzaqlaşdırar və onu daim sağlam edər."
Səhabələrdən biri deyir: "İmam Cəfər Sadiqdən (ə) ruzinin artması üçün mənə dua öyrətməsini xahiş edərkən, İmam cümə günlərində bığ tüklərimi azaldıb, dırnaqları tutmağı mənə tövsiyə etdi."
İmam Cəfər Sadiq (ə) buyurur: "Cümə günü dırnaqları tutmaq, cüzam və qotur kimi qorxulu xəstəliklərin qarşısım alır."
Başqa bir hədisdə buyurar: "Cümə günü bığ tüklərini qısaldıb, dırnaqlannı tutan hər bir şəxs "Bismillahi və əla sunnəti Muhəmmədin və ali Muhəmməd" deyərsə, tutduğu hər bir dırnağın və kəsdiyi hər bir tükün müqabilində sanki Həzrət İsmayıl (ə) övladlarmdan bir qul azad etmək savabı qazanmış olar."
Əlbəttə, nəzərdən qaçırmamalıyıq ki, nəql olunmuş hədislərdə cümə gününə təkid olunması həmin günün əhəmiyyətindən və təmizliyə verilən diqqətdən irəli gəlir. Yəni, tük və dırnaqlar uzandıqda onların qısaldılmasmm cümə gününə təxirə salmması heç də zərari deyildir. Bu mətləbə dəlalət edəcək hədislərdən birində deyilir:
İmam Musa Kazımın (ə) səhabələrindən biri ona müraciət edərək deyir: Bəziləri bığ tüklərinin və dırnaqlarm cümə günlərində qısaldılmasma təkid edirlər?!
İmam Musa Kazım (ə) təəccüblənərək buyurur: Allah pak və münəzzəhdir! Fərq etməz, onları istər cümə, istərsə də qeyri günlərdə qısaldıb təmizliyinizə diqqət yetirin.
İmam Cəfər Sadiqin (ə) səhabələrindən biri cümə günü bığ tüklərinin və dırnaqlarm qısaldılması haqda ondan soraşduqda buyurar: "Belə bir gözəl adətə vərdiş edən şəxslər gələn cüməyədək daim təmizlikdə olarlar."
Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: "Cümə və cümə axşamı günlərində bığ tüklərini və dırnaqlarmı qısaldan şəxslər diş və göz ağrılanndan əziyyət çəkməzlər."
İmam Cəfər Sadiq (ə) dırnaqlann necə tutulması haqda buyurur: "Cümə günü dırnaqlannızı tutduqda sol əlinizin kiçik barmağmdan başlayıb, sağ əlinizin kiçik barmağmda qurtarm."

Ətirdən istifadə

 
Nəql olunmuş hədislərdə möminlərə paltar və bədənlərinin səliqə və təmizliyinə diqqət yetirmələri ilə yanaşı, gözəl ətirlərdən istifadə etmələrinə də təkid olunmuşdur. Bu məzmunda nəql olunmuş bir çox hədislərdə möminlərin ətirlərdən istifadə etməsi məsləhət görülməklə yanaşı, böyük savaba nail olacaqları haqda da söhbətlər var.
Həzrət Peyğəmbər (s) buyurar: "Gözəl qoxu - gözəl iy, rayihə qəlbə güc verir.
Və yaxud da başqa bir yerdə buyurur: "Ətir vurmaq peyğəmbərlərin gözəl adətlərindəndir."
İmam Rza (ə) buyurur: "Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri də gözəl ətirlərdən istifdə etmək olmuşdur."
İmam Cəfər Sadiq (ə) buyurur: "Həqiqətən, Allah gözəllik və zinəti sevər, qəmginlik və qaraqabaq olmağı xoşlamaz. Allah-Təala öz bəndəsinə nemət bəxş etdiyi zaman onun əlamətlərini bəndəsində görmək istər. Onu qəmgin və qaraqabaq görməsini isə əsla istəməz."
İmam Cəfər Sadiqdən (ə) bunu necə etdiyini soruşduqda, o cənab buyurur: "Paltarmı təmizləyib, gözəl ətirlər vurmuş olsun və evinin divarlannı tozunu alaraq ağartsın, öz səliqə-səhmanına diqqət yetirsin.
Həmçinin, gün batmazdan əvvəl həyəti və evləri işıqlandırmaq həm yoxsulluğa son qoyar, həm də ruzinin artmasma səbəb olar."
Həzrət Peyğəmbər (s) buyurar: "Dünyanızda məni sevindirən iki şey var: ailə qurab gözəl ətirlərdən istifadə etməniz,   gözlərimə nur verən namaz qılmağınız."
"Dörd şey peyğəmbərlərin gözəl adətlərindən olmuşdur: Gözəl ətirlərdən istifadə etmək. Ailə qurmaq (evlənmək). Dişləri yumaq. Vaxtaşırı hənadan istifadə etmək."
"Mələklər gözəl ətirləri xoşladıqlan üçün möminlər bu gözəl ənənəni tərk etməməlidirlər. Elə isə ətirdən istifadə etməyi unutmaym. Xüsusən cümə günləri."
İmam Cəfər Sadiq (ə) buyurur: "Gözəl ətirlərə nə qədər pul xərcləsəniz, israfa yol vermiş olmazsımız."
İmam Musa Kazım (ə) buyurar: "İnsan ətir vurmağı tərk etməməlidir. Əgər gündəlik ətirdən istifadə etməyə imkan olmazsa, imkan tapan kimi ətirdən istifadə etməlidir."
İmam Cəfər Sadiq (ə) başqa bir hədisdə buyurur: "Peyğəmbər (s) ətirə çörəkdən daha çox pul xərclərdi."
Mövla Əli (ə) buyurar: "Bu bir həqiqətdir ki, Peyğəmbərə (s) hədiyyə olaraq ətir və ya şirniyyat gətirdikdə o cənab heç vaxt onları geri qaytarmazdı."
Ənəs ibn Malik deyir: "Peyğəmbər (s) sovqat olaraq gətirilən ətirləri geri qaytarmazdı."
Səhabələrdən biri deyir: İmam Cəfər Sadiqdən (ə) sovqat olaraq verilən ətrin geri qaytanlması haqda soruşduqda buyurar: "Belə bir böyük hörməti geri qaytarmaq yaxış iş deyildir."
URL / WWW
http://kelam.az/article/a-3903.html