Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Açıq məktub. İnsaf dinin yarısıdır
21.06.11 16:00

Bu sözləri din adamlanndan, ixtiyar kişilərdən həmişə eşidərdim. Mərhum atam bu ifadəni eşidəndə dərhal deyərdi: "Deyirlər insaf dinin yarısıdır, mən deyərdim insaf dinin hamısıdır. Bu açıq məktubda mən rəhmətlik atamın sözünü bir daha təsdiq etmək istəyirəm. Bəli, insaf dinin hamısıdır". Hədisi-Qudsidə deyilir: "Hər bir şey üçün bir hədd, bir ölçü var. Allahın da öz həddləri vardır". Səbrin də bir həddi, bir doyumu vardır. Əlbəttə səbr kasası dolandan sonra heç şübhəsiz ki, daşmalıdır. Bəli artıq səbr kasası daşır. Daha dözmək olmur. A kişilər iyirmi il də dözmək olar?! Özüdəki nəyə?!   Çarəsizliyə, və ya çarəsiz olan dərdə. İyirmi il sənin evini zəbt edələr, sənin evində həyat sürələr, sənin evində bala çıxaralar, böyüdələr, toy edib ərə verələr, sənin evinə gəlin gətirələr, dəb-dəbə ilə eyş-işrət keçirələr amma ev sahibindən bir xeyir dua da almayalar. Hələ bu az imiş kimi iyirmi ildə sənə və ailə üzvlərinin ünvanma gələn heç bir şeyi (məktub, dəvətnamə, hədiyyə ümumiyyətlə bütün poçt sənədlərini) sənə vermiyələr. İyirmi ildə sənə aid olan hər bir şeyi məhv edələr. Ünvanına gələn qonaqlara da, soruşanlarada biz belə bir adam tanımınq deyələr və s. Görəsən belə adamlara nə ad vermək olar. Belə bir deyim var: biri birinə bağ verdi, o isə birinə bir alma da vermədi. Maraqlıdır görəsən bunlar müsəlman deyillər?! Görəsən bunların əqidəsi, imanı yoxdur?! Vicdan deyilən məfhum bu adamlardan nə qədər uzaqdır. Bir il yaşadın bəsdir, beş il yaşadın həya elə...   İyirmi il bir cavanın ömrüdür. Hər ay kirayənin vaxtı gələndə başımdan tüstü çıxır. İyirmi il mən kirayədə yaşayım, sən mənim özəlləşdirilmiş evimdə. Buna kim dözər. Lap tutaq ki, müsəlman deyilsən, Allaha peyğəmbərə də inanmırsan. Heç bir halal-haram da başa düşmürsən. Axir ki insansan. İyirmi ildə bir dəfədə olsun susmuş vicdanın səni narahat etmədimi?! Bir anlığa özünü mənim yerimə qoy. Dözərsənmi? Dövlət sənə qaçqın kimi ev verir, razılaşmırsan, min cür fırıldağa əl atırsan. Haçana kimi bizim ahu-naləmizi götürərsiniz?  Yəni sizin aranızda bir halal-haramı başa düşən yoxdurmu?! Telekanallarda müsahibə verirsən ki, yurd-yuvamı istəyirəm, vətənə qayıtmaq istəyirəm, ölənlərimin məzarmı ziyarət etmək istəyirəm. Xalqın gözünə baxa-baxa yalan danışırsmız. Səni məhkəməyə çağmrlar min cür hiyləyə əl atırsan. Nə vaxta qədər öz xoşbəxtliyinizi bizim ailənin üzərində quracaqsınız. İyirmi il bəs olmadımı? Elə etməyinki seyyidlərin ahu-naləsinə duçar olasmız. Səbr kasası dolandan sonra daşar. O zaman Allah-Təala özüdə sizə nifrət edər. Bu iyirmi ildə nə mən, nə də ailə üzvlərindən bir nəfər bir dəfədə olsun o qapını   döyməmişik. Bu bizim insanlığımız, o da sizin nəyiniz. Lüğətdə buna söz tapa bilmirəm. Necə istəyirsiniz   fikirləşin. Öz adınızı özünüz fikirləşin. A kişilər yəni doğrudan da siz başa düşmürsünüz ki, bu ev sizin deyil? Siz mənim və ailəmin haqqmda zülm edirsiniz.
Axı a kişilər, haqq var, divan var, ədalət var, ölüm var, qiyamət var. Özünüz gərək mənim evimi boşaltmağa cəhd edəsiniz. Məndən, ailə üzvlərimdən halallıq alasmız. Yəni bütün bunlan həqiqətən də başa düşmürsünüzmü?! Ya da ki, başa düşmək istəmirsiniz. Amma bilin və agah olun haqq-ədalət bir gün sizi yaxşı başa salacaq. 20 il bizə verdiyiniz əzab-əziyyəti həm dünya və həm də qiyamət günü sizə dadızdıracaq. Onsuz da bir gün tez, bir gün gec möhtərəm prezidentimizin ədalətli fərmanı ilə bütün zəbt olunmuş evlər sahibinə qaytarılacaq. Amma qiyamət günü mənim əlim sizin yaxanızdan qopmayacaq...
Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-3902.html