Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Qurbanlı: “Hərbi paradda qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişdiyini hər kəs anlayacaq”
21.06.11 01:16

“Artıq Ermənistan kiminsə yedəyində də yer tapa bilmir. Yəni işğalçı dövlət arabanın beşinci təkəri də, ehtiyat təkəri də ola bilmir və olmayacaq.” “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri yap.org.az saytına müsahibəsində YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bu gün hərbi baxımdan da Azərbaycan işğalçı dövlətdən xeyli öndə gedir. “Ölkəmizin hərbi sənayesi formalaşıb, Azərbaycan hərbi təhlükəsizliyini, hərbi təminatını reallaşdırmaq üçün geniş proqram həyata keçirir. Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrdə fransalı həmsədr B.Fasye belə bir fikri səsləndirib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən artıqdır, Azərbaycan silahlanmaya diqqət yetirir və s. Yəni Fasye bunları Azərbaycanın xeyrinə olmayan nöqteyi-nəzərdən söyləyib. Amma cənab Fasyeyə sual olunur: Azərbaycan nə etməlidir? Ölkəmizin 17.2 min kvadrat kilometr ərazisi işğal olunub. İşğal olunmuş ərazilərini azad etmək Azərbaycanın hüququdur. BMT-nin Nizamnaməsinin 51-ci maddəsi buna tam əsas verir. Eyni zamanda BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bundan əlavə, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlər qəbul edib”,-deyən M.Qurbanlı təcavüzə məruz qalan ölkənin öz hərbi gücünü artırmasının qəbahət olmadığını vurğulayıb. “Qəbahət təcavüzkarın öz hərbi potensialını artırması və başqalarının torpağını ilhaq etməsidir. Ona görə də, hesab edirəm ki, Azərbaycanın hərbi gücünü artırmaqla bağlı həmin dinləmələr zamanı səslənən fikirlərin heç bir əsası yoxdur. Bilirsiniz ki, hərbi parad Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək. Azərbaycanın gücünü və qüdrətini bütün dünya iyunun 26-da keçirilən hərbi paradda görəcək. Bir daha qüvvələr nisbətinin bütün istiqamətlərdə Azərbaycanın xeyrinə dəyişdiyini hər kəs anlayacaq. Ölkəmizin mənəvi, psixoloji, iqtisadi, sosial, siyasi üstünlüyü nəticə etibarilə xarici dairələri Ermənistana təzyiq göstərməyə vadar edəcək”,-deyə M.Qurbanlı qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-3894.html