Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Zahid Oruc: “İctimai Palata deyilən qurumun arxasınca heç kim getmir”
20.06.11 21:16

“Artıq dəfələrlə sübut olunub ki, Azərbaycanda İctimai Palata deyilən qurumun arxasınca heç kim getmir, çünki bu təşkilatın rəhbərliyində duranlar özləri ictimaiyyətdə tamamilə iflasa uğratmış adamlardır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Ana Vətən Partiyasından olan millət vəkili Zahid Oruc deyib. Onun fikrincə, bu gün aktiv ictimai fəaliyyətdə, ümumiyyətlə, İctimai Palata tərəfdarları yoxdur. “Onlar ancaq siyasi imitasiya ilə məşğul olmağa can atırlar ki, bu da təbii ki, daim nəticəsiz olacaq. “Biz də müxalifət olaraq mövcuduq deyə bu cür aksiyalar keçirmək haqqında şişirdilmiş məlumatlar yaymaqla məşğuldurlar. İnanmıram bunlar Azərbaycanın xeyrinə hərəkət etsinlər” - deyə Z.Oruc vurğulayıb. Millət vəkili deyir ki, bu gün Azərbaycan Qarabağ probleminin həlli ilə bağlı danışıqlarda həssas anlar yaşayır və belə bir məqamda bu cür aksiyalarla xoşagəlməz hallar yaranır. “Əgər onlar Azərbaycanın suverenliyini istəyirlərsə, bütün fəaliyyətlərini yeganə problem olan Qarabağ ədalətinin bərpasına yönəltsinlər” - deyə o, əlavə edib. Qeyd edək ki, İctimai Palata ötən gün paytaxtın Nərimanov parkında icazəsiz aksiyaya cəhd göstərsə də, bunun qarşısı polis tərəfindən alınıb.
URL / WWW
http://kelam.az/article/a-3893.html