Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elxan Süleymanov Brüsseldə Avronest PA Bürosunun iclasında iştirak edəcək
20.06.11 21:16

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Bürosunun iclasında iştirak etmək üçün iyunun 20-dən 21-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Tədbirdə Avronestin loqosunun təsdiqi, qurumun işçi qrupları və digər təsisatlarının fəaliyyəti, Varşavada keçiriləcək Sülh tərəfdaşlığı sammiti ilə bağlı təqvim planının hazırlanması, növbəti sessiyanın gündəliyinin tərtibi və digər məsələlər müzakirə olunacaq. Deputat Büroda müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək.
URL / WWW
http://kelam.az/article/a-3892.html