Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Vardan Oskanyan: “Ermənistanda vəziyyət həddən artıq ağırdır”
20.06.11 21:16

Ermənistanın sabiq xarici işlər naziri, hazırda “Sivilitas” Fondu Şurasının sədri Vardan Oskanyan ölkədaxili vəziyyətlə bağlı bildirib ki, «bu gün Ermənistanda vəziyyət həddən artıq ağırdır». «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, Oskanyanın sözlərinə görə, artıq ölkədə çoxları başa düşməyə başlayır ki, yaranmış ağır vəziyyətdən çıxış yolu Qarabağ məsələsinin həlli və erməni-türk münasibətlərinin normallaşmasından keçir. «Bu gün biz çox ağır vəziyyətdəyik, çünki ölkə çox pis idarə olunur, düzgün olmayan siyasət aparılır» deyən eks-nazir əlavə edib ki, Ermənistan demokratik dövlət deyil. V.Oskanyan bildirib ki, bu gün Ermənistanın əsas problemi iqtisadi monopoliya, korrupsiya, vəzifədən sui-istifadə deyil, siyasi monopoliyadır: «Əgər siyasi monopoliya aradan qalxarsa, bu problemlər də həllini tapar».
URL / WWW
http://kelam.az/article/a-3891.html