Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhmədinejad Sarkisyanla danışdı
21.06.11 02:16

Ermənistan prezidenti Serj Sarkisyanla İran prezidenti Mahmud Əhmədinejad arasında telefon danışığı baş tutub. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən yaydığı məlumatda bildirir ki, Ermənistan və İran prezidentləri ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlığın fəallaşdırılması və regional proseslərlə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığının İran tərəfinin təşəbbüsü ilə baş verdiyi bildirilir. Xatırladaq ki, İran prezidenti Mahmud Əhmədinejadın bu ayın əvvəlində Ermənistana gözlənilən səfəri son anda təxirə salınmışdı. Mahmud Əhmədınejad İran prezidenti vəzifəsində Yerevana ilk dəfə 2007-ci ildə rəsmi səfər edib. Lakin həmin səfər reqlament üzrə nəzərdə tutulan qondarma erməni soyqırımı xatirə kompleksinə baş çəkməzdən qabaq qəflətən yarımçıq qalıb və Əhmədinejad “təxirəsalınmaz işləri olduğuna görə” Tehrana qayıtmışdı.
URL / WWW
http://kelam.az/article/a-3890.html