Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-ın eksperti Bolqarıstanda seminarda iştirak edəcək
20.06.11 21:16

Bu gündən iyunun 25-dək Bolqarıstanda “Effektiv üzvlük və Avropa İttifaqına müvəffəqiyyətli hazırlıq” mövzusunda XX ənənəvi seminar keçiriləcək. Varna şəhərində keçiriləcək tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Zaur Şiriyev təmsil edəcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Z.Şiriyev “Avropa İttifaqının Qara dəniz regionuna istiqamətlənmiş siyasətində problem və perspektivlər” başlığı altındakı müzakirələrdə Azərbaycanın bu sahədəki mövqeyi və gözləntiləri barədə çıxış edəcək.Bolqarıstanın İqtisadi Siyasət İnstitutu, Xarici İşlər Nazirliyi, Hans Seidel Stiftunq və Marşal Fondlarının təşkil etdiyi Şərqi Avropa və Qara dəniz regionunun gənc dövlət qulluqçularının “Effektiv üzvlük və Avropa İttifaqına müvəffəqiyyətli hazırlıq” mövzusunda XX ənənəvi seminarda Şərqi Avropa və Qara dəniz regionu dövlətlərindən siyasətşünaslıq və beynəlxalq əlaqələr üzrə ekspertlər və dövlət rəsmiləri iştirak edəcək. Tədbirdə Avropa İttifaqında üzvlük prosesi, Aİ-nın Qara dəniz regionuna istiqamətlənmiş siyasətinin region ölkələri üçün nə vəd etdiyi, Aİ-Rusiya əlaqələri, həmçinin “Avropa İttifaqının 2020-ci il strategiyası”nın problem və perspektivləri müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-3888.html