Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞ PA-nın yay sessiyası işə başlayıb
21.06.11 02:15

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropa Şurasının 2012-2013-cü illər büdcəsi, Avropada sığınacaq axtaran şəxslərin və qaçqınların vəziyyəti, insan hüquqlarının durumu, AŞ PA-da islahatlar, gənclər arasında işsizliyin kəskin artımının qarşısının alınması, Tunisdə vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaq. Sessiyada Ukrayna, Fələstin və Ermənistan prezidentlərinin çıxışları dinləniləcək, onlara suallar veriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər.İclaslarda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
URL / WWW
http://kelam.az/article/a-3886.html