Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gənc Tamaşaçılar Teatrı “Məhv olmuş gündəliklər”i vərəqləyir
17.06.11 20:36

Dövlət Gənc Tamaşaçılar Teatrı Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”inə ikinci səhnə ömrü bəxş edib. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, eyniadlı tamaşa üzərində yeni heyətin yaradıcılıq işləri başa çatmaq üzrədir. Musiqi tərtibatı Mixail Simanovskiyə məxsus olan tamaşada əsas rolları Əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Nəsibə Eldarova, Rasim Cəfərov, Elnur Hüseynov, Nicat Kazımov, Elnur Kərimov, Günel Məmmədova, Şəbnəm Hüseynova, Elşən Rüstəmov, Sərvər Əliyev, Rəşad Səfərov, Kərəm Hadızadə, Elşən Şirəliyev, Manaf Dadaşov, Asya Atakişiyeva, Nigar Məmmədova, Roza İbadova, Anar Seyfullayev ifa edəcəklər. Xatırladaq ki, əsər GTT-nin quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədovun rejissorluğu sayəsində yeni səhnə həyatı yaşayacaq. 83-cü teatr mövsümünün sonuna yaxın, iyul ayının 10-da təhvil verilməsi planlaşdırılan “Məhv olmuş gündəliklər” 2002-ci ildə teatrın rus bölməsində hazırlanıb və böyük uğur qazanaraq, nəinki respublikamızda, eləcə də Rusiyanın bir sıra şəhərlərində keçirilən beynəlxalq teatr festivallarında və qastrol səfərlərində Rusiya teatr ictimaiyyətinin böyük marağına səbəb olub. Qeyd edək ki, teatrdan o da bildirilib ki, sentyabr ayının 20-də yeni – 84-cü mövsümün ilk tamaşası da «Məhv olmuş gündəliklər» əsəri olacaq.
URL / WWW
http://kelam.az/article/a-3885.html