Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » 14-cü TÜRKSOY Opera Günləri keçiriləcək
18.06.11 02:36

Cari ilin 19-29 iyun tarixlərində Türkiyənin Mersin, Girnə və İstanbul şəhərlərində XIV TÜRKSOY Opera Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, Opera günləri çərçivəsində konsertlərin iyunun 22-də Mersində, 24-26-da Girnədə, 28-də isə İstanbulda keçirilməsi planlaşdırılıb. Məşhur tatarıstanlı şair Abdullah Tukayın 125 illik yubileyinə həsr olunacaq tədbirlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Krım, Xakasiya, Şimali Kipr, Başqırdıstan, Tatarıstan, Moldovanın Qaqauz Yerindən 13 sənətçi iştirak edəcək. Qeyd edək ki, TÜRKSOY Baş Katibliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan opera sənətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olan, "Koroğlu" operasında Nigar, "Şah İsmayıl" operasında Gülzar, "Traviata" operasında Violetta və başqa partiyaları böyük uğurla ifa etmiş İlahə Əfəndiyeva təmsil edəcək. Xatırladaq ki, TÜRKSOY opera günləri 1994-cü ilin fevralında türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərara uyğun həyata keçirilir və tanınmış bəstəkarların məşhur opera ariyalarından parçalar səslənir.
URL / WWW
http://kelam.az/article/a-3884.html