Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Georgi Xaindrava: “ABŞ Gürcüstana qoyun dərisində olan canavar qismində daxil olub”
17.06.11 20:36

«Tbilisidə mayın 26-da müxalifətin aksiyası zor gücünə dağıdıldıqdan sonra ABŞ-ın Gürcüstandakı səfirinin mənəvi cəhətdən burada qalması mümkün deyil və o, ölkəni tərk etməlidir. «KƏLAMİNFO» «RBK»-ya istinadən xəbər verir ki, bununla bağlı müxalifətçi gürcü siyasətçisi, rejissor Georgi Xaindrava bəyanat verib. Onun sözlərinə görə, ABŞ-ın bu ölkədəki səfirinin dəstəyi ilə «hakimiyyət ləyaqətli insanların ədalətli dövlətdə yaşamaq arzusunu qan içində boğdu». «Biz qonağa çox şeyi bağışlaya bilərik, lakin hər şeyin bir həddi var. Sizin favorit Mixail Saakaşvili ədalətsizlik, qanunsuzluq və həddən artıq zorakılıq həyata keçirir. Şəxsən siz ləyaqətinizi itirmisiniz» - deyə Xaindrava vurğulayıb. Onun qənaətincə, ABŞ Gürcüstana qoyun dərisində olan canavar qismində daxil olub. «Xahiş edirik, çıxın gedin, necə ki, bunu qonaq edir» - deyə o, amerikalı səfirə məsləhət verib.
URL / WWW
http://kelam.az/article/a-3883.html