Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Adı qalmaqalda hallandırılan konqresmen istefa verdi
17.06.11 20:36

ABŞ Nümayəndələr Palatasının üzvü demokrat Entoni Viner internetdə seksual qalmaqalla əlaqədar Nümayəndələr Palatasından istefa verdiyini elan edib. Nyu-York ştatından demokrat nümayəndə istefasını bu gün elan edərək yol verdiyi səhvlərə görə üzr istəyib. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə məlumatı «The New York Times» siyasətçinin yaxın ətrafından əldə edib. Bundan öncə Nümayəndələr Palatasında azlıqda olan demokratların lideri Nensi Pelosi və spiker Con Beyner deyiblər ki, qalmaqal Konqresdə diqqətin lazımi məsələlərdən yayınmasına səbəb olub. Viner son üç il ərzində internetdə altı qadına öz şəkillərini və açıq məzmunlu mesajlar göndərdiyini etiraf edib. O, öz səlahiyyətlərini tərk etmək barədə qərarını xanımı Xuma Abedinilə müzakirə etdikdən sonra atıb. Qeyd edək ki, hətta prezident Barak Obama onun barəsində «konqresmenin yerində olsaydım istefa verərdim» sözlərini işlətmişdi.
URL / WWW
http://kelam.az/article/a-3882.html