Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ Zəvahiridən çəkinmir
18.06.11 02:36

Ağ evin mətbuat katibi Cey Karni bildirib ki, «Əl-Qaidə»nin yeni lideri qismində Ayman əz-Zəvahirinin namizədliyinin irəli sürülməsi onlar üçün gözlənilməz deyildi. Cey Karninin sözlərinə görə, bu təşkilatla münasibətdə Barak Obama administrasiyasının yürütdüyü siyasət elə əvvəlki tək olduğu kimi qalır. «KƏLAMİNFO» «İTAR TASS»a istinadən xəbər verir ki, Ağ ev nümayəndəsi, həmçinin deyib ki, «Əl-Qaidə»nin ideologiyası artıq məğlub olub və Zəvahirinin qruplaşmaya başçı kimi təyin edilməsi bu vəziyyəti dəyişə bilməz. Bu arada Pentaqon şefi Robert Qeyts isə «Əl-Qaidə» terror təşkilatına yeni rəhbərin seçilməsinin təşkilatın fəaliyyətini gücləndirməyəcəyini bəyan edib. Pentaqon rəhbəri bunun Zəvahirinin Üsamə Bin Laden qədər xarizmatik olmaması ilə əlaqələndirib.
URL / WWW
http://kelam.az/article/a-3881.html