Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Rus bölməsinin abituriyentləri ana dilindən yüksək nəticə göstərir”
17.06.11 20:36

Rus bölməsinin abituriyentləri ana dilindən ötən illərlə müqayisədə yüksək nəticə göstərir. Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili üzrə vəziyyəti ilbəil yaxşılaşır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK-nın sədr müavini Namiq Babayev bildirib. Onun dediklərinə görə, keçən il Azərbaycan dili fənnindən 700 rus bölməsinin abituriyenti kəsilib. O, həmçinin rusdilli abituriyentlərin sayının stabil olduğunu vurğulayıb. “İyunun 22-də Azərbaycan dili fənnindən kəsilən rus dili bölməsinin abituriyentləri iyunun 26-da yenidən imtahan verəcəklər. Birinci imtahandan 10087 abituriyentdən yalnız 8696 nəfəri müvəffəqiyyətlə keçib. İyunun 26-da isə 2538 nəfər iştirak edəcək”,-deyə sədr müavini deyib. Onun sözlərinə görə, 2538 abituriyentdən 1572 nəfəri mayın 22-də keçirilən imtahandan kəsilənlər, 966 nəfəri isə ərizəsini həmin imtahanda iştirak üçün nəzərdə tutulmuş vaxtdan sonra təsdiqlədənlərdir. O, imtahanların Bakı və Naxçıvan şəhərlərində keçiriləcəyini də qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-3880.html