Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Magistratura pilləsinin ixtisaslaşmaları üçün ayrılmış yerlərin sayı 5816-ya qaldırıldı
17.06.11 20:36

Cari ildə aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayı 5815-dir. Ötən illə müqayisədə yerlərin sayı 10,9% artıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev deyib. Onun sözlərinə əsasən, magistraturaya qəbul olmaq istəyənlərin 7866 nəfəri ixtisaslaşmaları və qəbul proqramını seçərək təsdiqləyib. “183 ərizə təsdiq edilməyib. Ərizədə bütün ixtisas seçimi düz olanların sayı cəmi 17-dir. Yerdə qalanlar isə bakalavr ixtisaslarına uyğun olmayan yerləri işarələyiblər”,-deyə o əlavə edib. Sədr müavini ötən illə müqayisədə magistraturaya sənəd verən bakalavrların sayının 20% artdığını da nəzərə çatdırıb. “İyunun 26-da magistraturanın ikinci mərhələsi üçün keçiriləcək imtahanlarda iştirak edənlərdən 6809 nəfəri Azərbaycan, 1057 nəfəri isə rus bölməsinin məzunudur. 4936 nəfər ali təhsil müəssisələrinin bu ilki, 2930 nəfər isə əvvəlki illərin məzunudur”,-deyə N.Babayev qeyd edib. O, həmçinin imtahanların Bakı, Gəncə, Naxçıvanda keçiriləcəyini söyləyib. Onun dediklərinə görə, 7175 nəfər Bakı, 191 nəfər Naxçıvan və 498 bakalavr Gəncədə imtahan verəcək.
URL / WWW
http://kelam.az/article/a-3879.html