Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı iş aparılır
18.06.11 02:36

Azərbaycanda həkimlərə dövlət qulluqçusu statusunun şamil olunması çox vacib haldır. Hazırda bu sənəd üzərində Səhiyyə və Ədliyyə nazirliklərində birgə iş aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib. O, qeyd edib ki, dövlət qulluğunda çalışanların 65 yaş həddi ilə bağlı Səhiyyə Nazirliyində müvafiq iş gedir. “Hazırda bununla bağlı qanun mövcuddur və onun mexanizmləri işlənib hazırlanır. Səhiyyə Nazirliyində müəyyən tibb mütəxəssisləri var ki, onların yaşı 65-dən yuxarıdır. Lakin onlar kifayət qədər iş təcrübəsinə və potensiala malikdirlər”,-deyən nazir bu mütəxəssislərin iş fəaliyyətindən yararlanacaqlarını söyləyib. Onun sözlərinə görə, elə tibb mütəxəssisləri də var ki, onların yaşı 65-i keçməsi ilə bərabər, iş təcrübələrini də itiriblər. O.Şirəliyev həmin şəxslərin yüksək təminatla təqaüdə göndəriləcəyini deyib.
URL / WWW
http://kelam.az/article/a-3878.html