Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov İspaniyalı sahibkarlarla görüşüb
17.06.11 20:36

Xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Sahibkarlar Konfederasiyaları Təşkilatında (İSKT) aparıcı şirkətlərin nümayəndələri ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-nin mətbuat xidmətindən veriblər. Tədbirdə Konfederasiyanın Beynəlxalq Əlaqələr Komissiyasının prezidenti J.Banegas və İspaniya Xarici İşlər Nazirliyinin Qafqaz ölkələri üzrə xüsusi səfiri M.V.Scola iştirak edib. J.Banegas Azərbaycanın surətlə inkişaf etdiyini, İspan şirkətlərinin bu yeni bazara çıxmasının vacibliyini, İSKT-nın bu sahədə lazımı köməkliyin göstərilməsinə hazır olduğunu bildirib və E.Məmmədyarovun səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni sahələrin tapılmasına töhfə verəcəyini qeyd edib. İspaniyaya ilk dəfə olaraq rəsmi səfər etdiyini bildirən E.Məmmədyarov iqtisadi və siyasi sahədə iki ölkə arasında əməkdaşlığın aşağı səviyyədə olduğunu vurğulayaraq bu vəziyyətin tamamilə dəyişməsinin vacibliyini qeyd edib. Azərbaycan bazarında artıq fəaliyyət göstərən və bura gəlmək istəyən bir neçə İspan şirkətləri barədə məlumat verən E.Məmmədyarov, Azərbaycanın neft-qaz sahəsinin vəziyyəti, ixrac prosesi və istiqamətlərindən danışıb. Azərbaycanda həyata keçirilən iri layihələr barədə tədbir iştirakçılarına məlumat verən E.Məmmədyarov, Azərbaycanda müxtəlif ispan mallarının əsasən ikinci ölkələr vasitəsilə Azərbaycan bazarına çıxdığını bildirib, İspan şirkətlərini Azərbaycanla birbaşa əlaqələrin qurulmasına dəvət edib. İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin rəsmi nümayəndəsi M.V.Scola, E.Məmmədyarovun səfərinin əlaqələrin inkişaf etdirilməsində xüsusi rol oynayacağını deyib.
URL / WWW
http://kelam.az/article/a-3877.html