Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vəfa Quluzadə: “Azərbaycan torpaqlarını nüvə dövləti olan Rusiya işğal edib”
17.06.11 20:36

“Birdəfəlik əmin olmaq lazımdır ki, Azərbaycan torpaqlarını ermənilər yox, nüvə dövləti olan Rusiya işğal edib”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyib ki, hər gün bu məsələyə toxunulmalıdır ki, ermənilərin ağlı başına gəlsin. “Çünki rusların çoxunu inandırıblar ki, guya ermənilər gəlib buranı işğal edib. Heç nəyi olmayan ermənilər kimdir ki, bizə təcavüz etsin? Rus qüvvələri bizim kəndlərə, rayonlara gələrək deyiblər ki, çıxın burdan ermənilər gəlir. Bizimkilər də nə etsinlər, şələ-şülələrini yığışdırıb çıxırdılar. Ondan sonra ruslar ermənilərə deyiblər “indi girə bilərsiniz”. Bax, Azərbaycan torpaqları belə işğal olunub”,-deyə V.Quluzadə vurğulayıb. Politoloq deyib ki, o vaxt da, elə indi də Rusiya buraları öz torpağı hesab edirdi. “Qərb də o zaman bizi Rusiyanın ərazisi hesab edirdi. Qərbdə indi-indi bizi müstəqil dövlət hesab edirlər. Bizim gənclər bunları xüsusi ilə başa düşməlidirlər. Bizim əsas düşmənimiz rus imperializmidir. İndi bu imperiya çökür, buna görə ümidimiz var. Bu ümidi də ölkəmizi gücləndirmək və inkişaf etdirməklə xalqımıza xidmət etdirmiş olarıq”,-deyə ekspert əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3876.html