Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » YAP Silahlı Qüvvələrə Yardım Fonduna 25 min manat köçürüb
18.06.11 02:34

Yeni Azərbaycan Partiyası Mədəniyyət Mərkəzində (keçmiş Şəhriyar adına saray) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə və “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək məqsədilə xeyriyyə konserti keçirib. “KƏLAMİNFO” xəbər verir ki, konsertdə YAP üzvü olan tanınmış sənətçilərdən Xalq artisti Faiq Ağayev, Elza Seyidcahan, Ədalət Şükürov, Nadir Qafarzadə, Aygün Bəylər, Nura Suri, Maestro Ceyhun, Elnur Hüseynov, Sevda Yəhyayeva, Samir Dərgah və digərləri tamaşaçılar qarşısında çıxış ediblər. YAP sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov partiyanın təşkil etdiyi xeyriyyə konsertinin məqsədi barədə məlumat verib. Tədbirdə Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak ediblər. Qeyd edək ki, xeyriyyə konsertindən toplanan 25 min manat vəsait «Silahlı Qüvvələrə Yardım Fondu»na keçirilib.
URL / WWW
http://kelam.az/article/a-3874.html