Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Donor təşkilatlar qarşısında şərt qoyulub
17.06.11 20:34

“Ermənistanın Azərbaycana təcavüzündən əziyyət çəkən qaçqın və məcburi köçkünlərlə bağlı layihə həyata keçirən beynəlxalq təşkilatlar, yaxud donorlar diqqətli olmalıdırlar. Onlar Azərbaycanda həyata keçirdikləri layihələrdə mütləq qeyd etməlidirlər ki, bu, Ermənistanın Azərbaycana təcavüzündən əziyyət çəkən insanlar üçün keçirilir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilən, Azərbaycan və İsveçrə hökumətlərinin maliyyələşdirdiyi “Ağdam rayonu ərazisində yeni salınan qəsəbələrdə məskunlaşan məcburi köçkün və qaçqınlar üçün bacarıqların artırılması naminə inkişaf layihəsi” çərçivəsində görülən işlərə dair keçirilən tədbirdən sonra jurnalistlərə müsahibə verən Ə.Həsənov qəti şəkildə bildirib ki, hər hansı təşkilat və donorlar belə bir səhvə yol verərlərsə, onlara layihələrini keçirməyə imkan verilməyəcək: “Biz bütün təşkilatlara hörmətlə yanaşırıq və bu, qarşılıqlı olmalı, bizə də hörmətlə yanaşılmalıdır. Necə ola bilər ki, Azərbaycan dövlətinin ərazisində 20 min məcburi köçkünlə bağlı layihə həyata keçirilir, ancaq bir kəlmə də qeyd edilmir ki, bu layihə Ermənistanın Azərbaycana təcavüzü nəticəsindən əziyyət çəkən insanlar üçündür”. Ə.Həsənov iradını tədbirdə də həm layihəni icra edən, həm də onu maliyyələşdirən tərəflərə bildirdiyini xatırladıb.
URL / WWW
http://kelam.az/article/a-3873.html