Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Hakerlər Mərkəzi Kəşfiyyat İdarəsinin saytını dağıdıb
16.06.11 23:39

«Lulz Security» hakerlər qrupu bu dəfə Mərkəzi Kəşfiyyat İdarəsinin saytını dağıdıb. Xüsusi xidmətin resursuna daxil olmaqda problem yarandıqdan sonra bu barədə məlumat yayılıb. «Lulz Security» bununla bağlı məsuliyyəti öz üzərinə götürüb. Adıçəkilən haker qrupu bundan əvvəl Konqresin saytını dağıtmışdı. MKİ-nin rəsmi nümayəndəsi Meri Harf bildirib ki, kompyuter xuliqanları MKİ-nin hamının daxil ola bildiyi saytına hücum ediblər və orada heç bir məxfi məlumat yoxdur. O, əlavə edib ki, hakerlərin bu addımı MKİ-nin fəaliyyətinə təsir etməyib. «KƏLAMİNFO» «Associated Press»ə istinadən xəbər verir ki, «Lulz Security» əvvəllər «Sony», «Nintend» və «Fox News»a da hücum edib.
URL / WWW
http://kelam.az/article/a-3871.html