Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəblərdə magistraturaya ixtisas seçimi başa çatdı
17.06.11 02:39

Bu gün ali məktəblərin magistratura pilləsinə ixtisas seçimi başa çatdı. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən veriblər. Seçimdə 7846 bakalavr ikinci mərhələnin elektron ərizəsini təsdiq edib. Hazırda bakalavrların elektron ərizələrinin statistik təhlili aparılır. Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak hüququ olan 8000 bakalavrdan 7846-sı internetlə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları təsdiq ediblər. Ali məktəblərin magistraturasına qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncədə keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-3870.html