Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əbülfəs Qarayev: “Azərbaycana 50-60 min turistin gələcəyi gözlənilir”
16.06.11 23:39

“Eurovision-2012” müsabiqəsinin Bakıda keçirilməsi ilə bağlı Azərbaycana 50-60 min turistin gələcəyi gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, Bakıya gələcək turistlərin qəbulu üçün bir sıra nazirliklər və dövlət qurumları öz səlahiyyətləri çərçivəsində müvafiq işlər görürlər. “Bunun üçün Azərbaycanda 6 beşulduzlu otel istifadəyə veriləcək və bundan başqa qonaqların qəbulu üçün 3 kompleksdə hazırlıq gedir”,-deyə nazir vurğulayıb. Ə.Qarayev turistlərin online sistemi ilə təmin olunması üçün sentyabr-oktyabr aylarından başlayaraq bütün otellərdə online sistemi qurulacağını da əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3869.html