Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Sərhədlər açılsa, azərbaycanlılar İrəvanda yaşaya bilər”
16.06.11 23:39

İrəvanın Azərbaycan torpağı olduğunu iddia etməsək də, vətəndaşlarımızın orada yaşadığını iddia edirik. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin 2005-ci ildə verdiyi Fərmana əsasən 1988-ci ildə Ermənistandan Azərbaycana gələn qaçqınlara Azərbaycan vətəndaşlığı verilsə də, onların üzərində qaçqın statusu saxlanılır. “Əgər sülh prosesi bərpa olunsa, yəni sərhədlər açılacağı təqdirdə azərbaycanlılar İrəvanda yaşaya bilər”,-deyə Ə.Həsənov vurğulayıb. O, əlavə edib ki, həmin şəxslər Azərbaycan vətəndaşlığı hüququ alsalar da, Ermənistan qaçqınları hesab olunurlar.
URL / WWW
http://kelam.az/article/a-3867.html