Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Millət vəkili: “Rusiyanın Cənubi Qafqazla bağlı arzuları ilə imkanları üst-üstə düşmür”
17.06.11 02:36

“Qaz bazarında Azərbaycan özünü bir az rahat hiss edir, çünki özünün potensial qaz alıcısı kimi yenə də Avropanı nəzərdə tutur. Amma Avropanın Azərbaycandan gözləntiləri, artıq deyildiyi kimi, təkcə bu deyil”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, siyasi ekspert Musa Qasımlı bildirib. Onun sözlərinə görə, Azərbaycanın siyasi və iqtisadi potensialı gücləndikcə regionda marağı olan dünyəvi güclərin ölkəmizlə bağlı planları da dəyişir. “Təbii ki, bunların arasında Azərbaycanın seçiminə təsir edən geosiyasi amillərə nəzər salanda, gərək birinci Rusiyanı yada salasan. Sözsüz ki, Rusiya indiki halda ən azı bütün Azərbaycan qazını Mərkəzi Asiya qazı kimi də öz ərazisindən nəql etmək istərdi. Elə bu səbəbdən Rusiyanın maraqları bu sahədə müəyyən mənada Azərbaycanın seçiminə də təsir edəcək. Bəli, Rusiyanın müəyyən təzyiqləri ola bilər. Amma bu təzyiqi şişirtmək də düzgün olmazdı, çünki son vaxtlar onun Cənubi Qafqazla bağlı arzuları ilə imkanları üst-üstə düşmür. Moskvanın real imkanları xeyli daralıb”,-deyə M.Qasımlı vurğulayıb. Bu gün qitələr və ölkələr arasında müzakirə mərkəzində daha çox qaz xətti olduğunu diqqətə çatdıran ekspert deyib ki, bu mənada Rusiya Azərbaycanla münasibətdə yeni planlar düşünür. “Zənnimcə indiki halda bu təzyiq vasitəsində mümkün razılıq əldə etmək vasitəsinə çevrilən planlar ola bilər. Amma inanmıram qazın əvəzində Rusiya Qarabağı güzəştə getsin”,-deyə ekspert əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3866.html