Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Ermənistan rəhbərliyi xalqına hörmət etsəydi, xalq belə acınacaqlı vəziyyətdə yaşamazdı”
16.06.11 19:36

“Mən Ermənistan rəhbərliyinə yox, Ermənistan xalqına müraciət edirəm ki, öz rəhbərliklərini düzgün yola çəksinlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, müharibədə Ermənistan tərəfi çox uduzdu: “Əgər Ermənistan rəhbərliyi xalqına hörmət etsəydi, xalq belə acınacaqlı vəziyyətdə yaşamazdı”. Ə.Həsənov bildirib ki, müharibə şəraitində olmasaydıq, Bakı-Tbilisi-Ceyhan kəməri Ermənistan ərazisindən keçərdi. Buna görə də Ermənistan öz günahından çoxlu vəsait itirib. O, Ermənistanda qaçqınların çox əziyyət çəkdiyini də əlavə edib. “Düzdür bizdə də qaçqınlar var, ancaq ölkə rəhbərliyi onlar üçün istənilən şəraiti yaradıb” - deyə Ə. Həsənov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3864.html