Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı işə başlayıb
16.06.11 19:36

Bu gün Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, “Milli azlıqlar və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusunda keçirilən konfransda dünyanın 50-yə yaxın ölkəsini təmsil edən ombudsman və əməkdaşları iştirak edib. Konfransda çıxış edən ombudsman Elmira Süleymanova bu cür mövzunun seçilməsinin təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan tarixən miqrantlar üçün cəlbedici ölkə olub. Burada onlar üçün tolerant şərait yaradılıb. Ombudsman, həmçinin Azərbaycanda miqrantların sayının artdığını da qeyd edib. “Konfransda ilk dəfə özümün də üzv olduğum Asiya Ombudsman Assosiasiya rəhbərləri də iştirak edir” - deyə Elmira Süleymanova bildirib. UNESCO-nun təşəbbüsü ilə keçirilən konfransda müxtəlif ölkələrdən 30-dan çox nazirlik nümayəndələri, o cümlədən İsveç, Norveç Hindistan, Polşa, Tayland, Pakistan, Sloveniya, Rusiya, Ukrayna və Moldovanın ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər iştirak edirlər. Qeyd edək ki, konfrans iyunun 18-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-3863.html