Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ-da seçkilərə qadın namizəd də qatılıb
14.06.11 18:11

ABŞ Konqresinin üzvü Mişel Bahman rəsmən prezident seçkiləri kampaniyasına qoşulduğunu bəyan edib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Bahman bu barədə qərarını Respublikaçılar Partiyasından olan namizədlərin Nyu-Hempşir ştatında keçirilən debatlarında bildirib. Bahman «Çay partiyası»nın favoritləri sırasındadır. Onlar respublikaçıların mühafizəkar qanadını özündə birləşdirirlər. Debatlarda partiyanın yeddi namizədi iştirak edib. Bura Mitt Romni, Nyut Qinqriç, Rik Santorum, Tim Polenti, Herman Keyn, Ron Pol və Bahman qatılıb. Onların hamısı öz seçki proqramlarını izah etmək əvəzinə, indiki prezident Barak Obamanın fəaliyyətini kəskin tənqid etməyə üstünlük veriblər. İlk olaraq Obamanın səhiyyə sahəsindəki islahatları tənqid olunub.
Qeyd edək ki, ilk praymeriz - aralıq seçkiləri 2012-ci il fevralın 12-dən tez olmayacaq. Bahman hələ ki, seçkilərə qatılan ilk qadın namizəd olub.
URL / WWW
http://kelam.az/article/a-3860.html